® AVİS apteklər şəbəkəsi: Haqqımızda bəzi KİV-də gedən məlumatlar həqiqətə uyğun deyil

<font color=red>® </font>AVİS apteklər şəbəkəsi: Haqqımızda bəzi KİV-də gedən məlumatlar həqiqətə uyğun deyil
# 27 sentyabr 2016 12:15 (UTC +04:00)

Bakı - APA. "AVİS apteklər şəbəkəsi haqqında bəzi KİV-də gedən məlumatlar həqiqətə uyğun deyil. Dəqiqləşdirilməyən məlumatlarla insanları səhv düşüncələrə istiqamətləndirirlər".

APA-nın məlumatına görə, bu barədə AVİS apteklər şəbəkəsinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, AVİS apteklər şəbəkəsində qiymətləri Tarif Şurası tərəfindən standartlaşdırılmış bütün dərmanlar qanunauyğun şəkildə, standart qiymətlərlə satılıb, hazırda da satılmaqdadır.

"Qiyməti standartlaşdırılmamış, xəstələrin də ehtiyacı olan digər dərmanlar isə aptek rəhbərliyi tərəfindən bütün məsrəfləri nəzərə alınmaqla qiymətləndirilib və ehtiyac olarsa, yenə də standartlaşdırılana kimi qiymətləndirilməkdədir. Onu da bildirmək istərdik ki, həddindən artıq baha satılması ilə bağlı cinayət işi qaldırılmış dərmanın alışı haqqında bildirilən məlumatlar şişirtmə xarakteri daşıyır. “Pegintron” adı ilə bilinən bu dərmanın alış qiyməti haqqındakı məlumat qutu içərisində 1 ədəd olanın qiyməti olduğu halda, satılan dərmanın isə qutu içərisində 4 ədəd olması nəzərə alınmır. Bu da haqsız təsəvvürlərin yaranmasına səbəb olur.Hər kəsdən xahişimiz, məlumatları yazarkən, danışarkən dəqiqləşdirmələridir. Məqsəd məlumat çatdırmaq deyil, doğru məlumat çatdırmaq olmalıdır.

Nəticə olaraq, dəyərli xalqımızın nəzərinə çatdırmaq istərdik ki, müəssisələrimiz vicdanlı, insanyönlü xidməti ilə həmişə olduğu kimi yenə də xidmət göstərir. Səhiyyə və əczaçılıqda insanların sağlamlığı, rifahı üçün nəzərdə tutulan və həyata keçirilən bütün innovativ fəaliyyətləri də daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək", - deyə açıqlamada bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR