Yaponiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək

Yaponiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək
# 16 oktyabr 2015 10:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Oktyabrın sonunda Yaponiyanın iqtisadi inkişaf naziri cənab Amari Akira Azərbaycana səfər edəcək”.


APA-nın xəbərinə görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi deyib. O bildirib ki, A. Akira Sakit okean hövzəsinə daxil olan 12 ölkə ilə azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlarda iştirak edib: “Düşünürəm ki, nazirin səfəri ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verəcək”.

T. Takahaşi indiyə qədər Azərbaycan və Yaponiya arasındakı münasibətlərin daha çox enerji sahəsində inkişaf etdiyinə diqqət çəkib: “Bildiyimiz kimi, Azərbaycanın Azəri-Çıraq-Günəşli layihəsində Yaponiyanın İNPEX və İTOCHU şirkətləri iştirak edir. Yaponiya şirkətləri “Şahdəniz” layihəsinə də maraq göstərirlər. İkitərəfli ticarət dövriyyəsinin həcmi o qədər də yüksək olmasa da, bundan sonra Azərbaycanla enerji və sənaye sahələrində münasibətləri inkişaf etdirmək fikrindəyik”.


GUAM ölkələri ilə Yaponiya arasında dərin münasibətlər olduğunu deyən səfir hazırda hər il müxtəlif mövzular üzrə seminarların keçirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR