Yazıçı Mirmehdi Ağaoğlunun yeni kitabı çapdan çıxıb

Yazıçı Mirmehdi Ağaoğlunun yeni kitabı çapdan çıxıb
# 13 noyabr 2015 11:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yazıçı Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” adlı yeni kitabı çapdan çıxıb.

APA-nın məlumatına görə, “Ol” nəşriyyatında işıq üzü görən kitaba müəllifin eyniadlı romanı daxildir.

Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır.

“Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır. Kitabın redaktoru Ağa Cəfərlidir.

Kitabın təqdimatı yaxın günlərdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR