Azərbaycanın iki bankı və bir investisiya şirkəti kapitalını artırır

Azərbaycanın iki bankı və bir investisiya şirkəti kapitalını artırır
# 06 oktyabr 2016 15:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1082 manat olan 4622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.

Bu barədə “APA-Economics”ə Palatadan məlumat verilib.

Palata tərəfindən həmçinin oktyabrın 3-də "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan 20 220 589 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.

Bundan əlavə, 29 sentyabrda "AzFinance İnvestisiya Şirkəti" QSC-nin hər birinin nominal dəyəri 1000 manat olan 550 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.

Hər üç Cəmiyyətin səhmlərinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR