Misirin sabiq prezidentinə ömürlük həbs cəzası verilib

Misirin sabiq prezidentinə ömürlük həbs cəzası verilib
# 18 iyun 2016 14:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Misirin sabiq prezidenti Məhəmməd Mursinin məhkəmə prosesi başa çatıb.

APA-nın “RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Məlumata görə, məhkəmə prosesi Misir televiziyası ilə canlı nümayiş etdirilib.

Qeyd edək ki, Qahirə məhkəməsi mayın 16-da 2011-ci ilin əvvəlində kütləvi etiraz günlərində həbsxanadan qaçmaqda ittiham edilən Mursi və digər şübhəli şəxslər barədə ilkin olaraq ölüm hökmü çıxarıb. Həmin hökmdən təqsirləndirilən şəxslər şikayət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR