Bakıda və Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda və Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib
# 17 oktyabr 2015 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda və Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Emin Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məcid Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş M.Hüseynov oktyabrın 16-da orada ölüb.

Oktyabrın 14-də isə Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Vahid Quliyev vurulub. Xəstəxanaya yerləşdirilmiş V.Quliyev oktyabrın 15-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR