Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib
# 10 sentyabr 2016 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qazax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da saat 01.00 radələrində Qazax rayonunun Canallı kəndində şəhər sakini Amil Əhmədov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini Xəyalə Abbasova hadisə yerində ölüb.


Qazax RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR