Kamran Həsənli barəsində daxil olmuş şikayət əsasında cinayət işi başlanıb - RƏSMİ

Kamran Həsənli barəsində daxil olmuş şikayət əsasında cinayət işi başlanıb - <span style="color: red;">RƏSMİ
# 10 mart 2016 12:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K. Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.

Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR