Ağsuda "Mercedes" markalı minik avtomobili, Salyanda isə 3 otaqlı ev yanıb

Ağsuda "Mercedes" markalı minik avtomobili, Salyanda isə 3 otaqlı ev yanıb
# 15 iyul 2016 03:09 (UTC +04:00)

Bakı-APA. Ağsu şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Salyan şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR