Abşeron rayonunda ev yanıb

Abşeron rayonunda ev yanıb
# 25 sentyabr 2015 11:52 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 190 kv.m. olan tikilidə vətəndaşlara məxsus sahəsi 120 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 70 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR