Qazax sakinini ilan sancıb

Qazax sakinini ilan sancıb
# 17 sentyabr 2016 14:45 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Qazaxda ilan sancma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kəmərli kənd sakini, 1964-cü il təvəllüdlü Ramiz Məhərrəmov ayağının ilan sancması əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR