Kukla Teatrı Yunanıstanda keçirilən Azərbaycan Mədəniyyəti həftəsində çıxış edib

Kukla Teatrı Yunanıstanda keçirilən Azərbaycan Mədəniyyəti həftəsində çıxış edib
# 07 iyun 2016 15:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yunanıstanda keçirilən Azərbaycan Mədəniyyəti həftəsində çıxış edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv səfərdə Kamran Şahmərdanın “Ağ və Qara”, Qurban Məsimovun “Çanta trio və ...” və “Zəng” adlı mono tamaşaları ilə çıxış edib.

Teatr bir həftə ərzində Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin ən qədim teatr səhnələrində gündə bir neçə seans olmaqla ümumilikdə on tamaşa göstərib.

Səfər müddətində Afinadakı Uşaq Onkoloji Mərkəzində də çıxış edən kollektivin tamaşası YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoya tərəfindən mükafatlandırılıb. Teatra “ELPİDA” Uşaq və Dostlar Assosiasiyasının təşəkkür məktubu, nümayəndə heyətinin hər bir üzvünə isə dostluq medalları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR