Ötən il BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Ötən il BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb
# 07 yanvar 2016 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 461 min 645 ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 0,05% azdır.

Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 mln. 835 min 543 ton neft ötürülüb. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,14% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər BTC-yə 292 mln. 675 min 389 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin dekabr ayında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Ümumiyyətlə, 2015-ci il ərzində BTC kəməri ilə nəql olunmuş Qazaxıstan və Türkmənistan neftinin həcmi 23 mln. 683 min 545 ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR