Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub
# 01 aprel 2016 11:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Aprelin 5-6-da İranın Rəmsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR