Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 8 nəfər ölüb

Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 8 nəfər ölüb
# 04 aprel 2016 05:40 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Tomsk vilayətində fərdi evin yanması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər yanaraq ölüb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə vilayət Daxili İşlər Baş İdarəsinin yaydığı xəbərdə bildirilir.

“Aprelin 3-də, saat 22:00 radələrində Tomsk vilayətinin Molçanovsk rayonunda fərdi evdə yanğın baş verib. Yanğının söndürülməsi üzrə əməliyyat aparılarkən evdə 3 qadın, 2 kişi və 2 uşağın meyiti aşkar edilib. Xəstəxanaya çatdırılan daha bir uşaq tibb müəssisəsinin reanimasiya şöbəsində keçinib. Müəyyən edilib ki, ölənlərdən 7-i bir ailənin üzvləridir”, məlumatda deyilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR