Azərbaycanda 5 ay əvvəl törədilən qətlin üstü açılıb

Azərbaycanda 5 ay əvvəl törədilən qətlin üstü açılıb
# 06 fevral 2016 10:21 (UTC +04:00)

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilən şəxsin Kürdəmir rayon sakini Xanlar Nadirov olduğu müəyyənləşdirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR