İtkin düşən neftçilərin ailə üzvləri axtarışlara cəlb olunub

İtkin düşən neftçilərin ailə üzvləri axtarışlara cəlb olunub
# 29 dekabr 2015 08:56 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin edib.

FHN-dən "APA-Economics"ə verilən məlumata görə, itkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunublar.

Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR