Bağdadda törədilən terror aktları nəticəsində ölənlərin sayı 94-ə çatıb, 150 nəfər yaralanıb

Bağdadda törədilən terror aktları nəticəsində ölənlərin sayı 94-ə çatıb, 150 nəfər yaralanıb
# 11 may 2016 19:22 (UTC +04:00)

Bakı-APA. Bağdadda törədilən terror aktları nəticəsində ölənlərin sayı 94-ə çatıb, 150 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 80 nəfərin öldüyü, 140 nəfərin yaralandığı bildirilirdi.

Mayın 11-də İraq paytaxtının bir-birinin ardınca 3 minalanmış avtomobil partladılıb.

Hücuma görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR