Bakıda "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda konfrans keçirilir

Bakıda "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda konfrans keçirilir
# 14 mart 2016 07:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") təşkilatçılığı ilə "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda konfrans keçirilir.

"APA-Economics" xəbər verir ki, konfransda gömrük xidmətinin idxal və ixrac potensialının inkişafında rolu, gömrük rəsmiləşdirilməsi və gömrük sistemində təkmilləşdirilmə mövzuları müzakirə olunur.

Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev çıxışında deyib ki, rəhbərlik etdiyi qurum uzun illərdir ki, "AmCham-Azerbaijan" ilə əməkdaşlıq edir.

Komitə sədrinin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatı qarşısında yeni prioritetlər qoyur: "Dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanda yeni sənaye müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılmasını zəruri edir. Bununla əlaqədar gömrük və vergi orqanlarının qarşısında mühüm vəzifələr durur. Son dövrlərdə Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub Azərbaycan gömrük xidmətini dünyada nümunəvi bir gömrük orqanına çevirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR