Mingəçevirdə evin zirzəmisində meyit tapılıb

Mingəçevirdə evin zirzəmisində meyit tapılıb
# 11 fevral 2016 15:11 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevirdə kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin İxtiyar Qasımov küçəsindəki fərdi yaşayış evində yaşayan 1984-cü il təvəllüdlü Gözəlov Zaur Alı oğlunun itkin düşdüyü məlum olub.

Ailə üzvləri Z. Gözəlovu axtararkən onun meyitini yaşadığı evin zirzəmisində tapıblar. Dərhal Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları mənzilə baxış keçiriblər. Meyit müayinə edilərkən məlum olub ki, Z. Gözəlov zirzəmidə ürək tutması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR