Azərbaycanda 100 ildən çox su altında qalan tikililər, nəqliyyat vasitələri və tarixi əşyalar mədəni irs nümunələri sayılacaq

Azərbaycanda 100 ildən çox su altında qalan tikililər, nəqliyyat vasitələri və tarixi əşyalar mədəni irs nümunələri sayılacaq
# 10 fevral 2016 22:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası” və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”na əsasən sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan aşağıdakı mədəni sərvətlər aiddir:


- obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;
- gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar;
- qədim tarixi əşyalar.


Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Sualtı mədəni sərvətlərin mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməsi daşınmaz mədəni sərvətlər üzrə Nazirlər Kabineti, digər mədəni sərvətlər üzrə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilmiş sualtı mədəni sərvətlərin hər birinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir.8. Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.


Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”na əsasən sualtı mədəni irs nümunələri Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”na uyğun olaraq müəyyən edilir. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdən sonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir. Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR