Tovuzda avtomobil 12 yaşlı məktəblini vuraraq öldürüb

Tovuzda avtomobil 12 yaşlı məktəblini vuraraq öldürüb
# 11 fevral 2016 09:13 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Rayonun Qovlar kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Allahverdiyev idarə etdiyi “VAZ-21074” markalı maşınla yolu keçən piyada, 2004-cü il təvəllüdlü orta məktəb şagirdi Eşqin Mahir oğlu Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR