Jitomir vilayətininin vitse-qubernatoru: “Humanitar yardımın təşkilində ən çox azərbaycanlılar aktivdir”

Jitomir vilayətininin vitse-qubernatoru: “Humanitar yardımın təşkilində ən çox azərbaycanlılar aktivdir”
# 11 fevral 2016 19:23 (UTC +04:00)

Jitomir. Mübariz Aslanov-APA. Ukraynanın Jitomir vilayətinin vitse-qubernatoru Yaroslav Laquta vilayətdə yaşayan azərbaycanlı icma rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, Jitomir vilayətindəki Ukrayna azərbaycanlıları həmrəylik Konqresinin sədri İlqar Məmmədov və konqresin üzvləri ilə görüşündə azərbaycanlıların vilayətdə fəaliyyəti və layihələri barədə müzakirə aparıb.

Y.Laquta bildirib ki, əvvəlki illərlə müqayisədə azərbaycanlıların vilayətdə fəaliyyəti artıb: “Orta məktəblərdə azərbaycanlıların tədris kurslarının yaratması, mədəni müxtəliflik ilə bağlı layihələr bunu deməyə əsas verir. Xüsusilə Ukraynanın şərqində gedən döyüşlərə humanitar yardımın göstərilməsində buradakı azərbaycanlılar çox aktivdir”. Vitse-qubernator gələcəkdə seçkili orqanlara azərbaycanlıların da seçiləcəyinə ümid etdiyini bildirib: “Çünki bu regionumuzun inkişafı üçün də dəstək olacaq”.

Daha sonra görüşdə Azərbaycan diasporunu maraqlandıran məsələlər, layihələr müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR