Rio-2016: Azərbaycanı təmsil edən avarçəkən cütlük sonuncu yeri tutub

<span style="color: red;">Rio-2016:  Azərbaycanı təmsil edən avarçəkən cütlük sonuncu yeri tutub
# 11 avqust 2016 22:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycanı Rio Olimpiadasında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov – Boris Yotov dueti son yürüşlərinə çıxıblar. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində uğursuz çıxış edən milliləşdirilmiş legionerlərimiz təsəlliverici yarışa qatılıblar.

2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparan cütlük sonuncu - 12-ci yeri tutub. 2000 m məsafəyə yürüşdə onların rəqibləri almaniyalı Marsel Hakker - Ştefan Krüger, serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev duetləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR