Ağstafada piyadanı maşın vurub

Ağstafada piyadanı maşın vurub
# 23 sentyabr 2016 21:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Ağstafada 22 yaşlı oğlanı maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Böyük Kəsik kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Ziyadxan Vəliyev heyvanları örüşdən qaytararkən “VAZ 21011” markalı avtomobil tərəfindən vurulub.

Z. Vəliyev müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR