Masallıda iki avtomobil toqquşub, xəsarət alan var

Masallıda iki avtomobil toqquşub, xəsarət alan var
# 16 oktyabr 2015 09:42 (UTC +04:00)

Bakı-APA. Masallı rayonunda iki avtomobil toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı şəhərində iki “VAZ” markalı minik avtomobili toqquşub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:58-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR