Tərtər və Ağcabədidə partlamamış mərmi aşkarlanıb

Tərtər və Ağcabədidə partlamamış mərmi aşkarlanıb
# 27 may 2016 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tərtər və Ağcabədidə partlamamış mərmi tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Hacıqərvənd kəndinin ərazisində kənd sakini Aftandil Muradova məxsus torpaq sahəsindən 1 ədəd partlamamış tank əleyhinə olan mərmi, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Yuxarı Qiyaməddinli kəndinin ərazisindən 1 ədəd partlamamış top mərmisi aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR