"Fitch": "Expressbank" kapital və likvidlik baxımından güclü mövqeyə sahibdir

"Fitch": "Expressbank" kapital və likvidlik baxımından güclü mövqeyə sahibdir
# 10 noyabr 2015 07:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq "Expressbank"ın "B" reytinqini "stabil" proqnozu ilə təsdiqləyib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu ilki qiymətləndirmə zamanı Azərbaycanın bir sıra iri banklarının reytinqləri dəyişdirilsə də, "Expressbank" stabil olaraq qalıb və bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biri hesab olunur.

Agentliyin mütəxəssisləri bildiriblər ki, neftin qiymətinin ucuzlaşdığı və milli valyutanın devalvasiyası şəraitində "Expressbank" kapital və likvidlik baxımından güclü mövqeyə sahibdir. Gələcək qiymətləndirmələr zamanı əldə olunacaq nailiyyətlər və göstəricilər nəzərə alınacaq və bu da reytinqin artırılmasına zəmin yaradacaq.

Qeyd edək ki, 2014-cü ildə "Fitch" ilk dəfə reytinq təqdim edərkən bankın ümumi fəaliyyətini qiymətləndirib: bankın aktivləri, kredit portfeli, əmanətlər, bazardakı mövqeyi, risklərin idarəolunması və digər meyarlar əsas götürülüb.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR