İstiqlal Muzeyində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir-sərgisi təşkil olunub - FOTO

İstiqlal Muzeyində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir-sərgisi təşkil olunub - <span style="color: red;">FOTO
# 16 oktyabr 2015 10:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Çiçəklənsin doğma Vətən!” tədbir-sərgisi təşkil olunub.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, BDU-nun Tarix fakültəsi “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, professor Anar İsgəndərov çıxış edib, tədbirin əhəmiyyətindən, Azərbaycanın müstəqillik yolundan danışıblar.

Qeyd olunub ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovetin sessiyasında “Azərbaycan Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub. 1994-cü ilin 15 oktyabr tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr tarixi Milli Müstəqilliyi Günü kimi qeyd edilir.

Tədbirdə fotoqraf Tahir Cəfərovun müstəqil Azərbaycanı əks etdirən 30-dan çox fotoşəkilləri nümayiş olunub.

Sonda Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri kompozisiya nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR