"DəmirBank" iki regional filialını yeniləyib

"DəmirBank" iki regional filialını yeniləyib
# 16 oktyabr 2015 11:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün biznes proseslərin avtomatlaşdırılmasını davam etdirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın biznes prosesləri dünyada ən məşhur ERP sistemlərindən olan SAP sisteminin üzərindədir.

Bundan başqa, plastik kartların müstəqil prosessinq mərkəzi olan OCEAN proqramının tətbiqi uğurla başa çatdırılır.

Biznes proseslərin avtomatlaşdırılması həm də resurslara qənaət edilməsinə gətirib çıxarır. Bunun sayəsində işçi sayının da optimallaşdırılması mümkün olub. Sentyabr ayında bankda çalışanların sayı ilin əvvəli ilə müqayisədə 3% (35 nəfər) azalıb.

“DəmirBank” sentyabr ayı ərzində 2 filialının – Ağsu və Sabunçu filiallarının yeni interyer dizaynda təmir olunmuş ofisinin açılış mərasimlərini keçirib. Yaxın zamanda isə daha 2 filialın açılışı və bir neçə yeni böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

26 illik zəngin tarixə malik “DəmirBank” Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR