Gürcüstanda ağır yol qəzası nəticəsində xəsarət alan 43 yaşlı azərbaycanlı reanimasiyaya yerləşdirilib - YENİLƏNİB

Gürcüstanda ağır yol qəzası nəticəsində xəsarət alan 43 yaşlı azərbaycanlı reanimasiyaya yerləşdirilib  - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2016 09:25 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, BMW markalı avtomobilin sürücüsü, Qızılhacılı kənd sakini, 43 yaşlı Nurməmmədov Əsgər Fərhad oğlu Tiflisdə xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir. Avtomobildə olan sərnişinlər haqqında isə məlumat yoxdur.

*** 04.09

Marneuli. Nizami Məmmədzadə - APA. Yanvarın 27-də gecə 01.00 radələrində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, AA 154 OA dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Marneulinin Rustaveli küçəsində işıqforun qırmızı işığını yüksək sürətlə keçərək CAN 444 nömrə nişanlı “Opel” markalı taksi avtomobilinə, sonra yol kənarındakı ağaca çırpılıb. Yüksək sürətlə gələn “BMW” avtomobili səki boyu sürüşərək küçədə yerləşən mağazaların qarşısında beton dirəkləri də qıraraq dayanıb. Qəza nəticəsində “BMW” avtomobilinin qabaq hissəsi tamamilə sıradan çıxıb, maşının mühərrik və digər hissələri, həmçinin maşının təkəri, amortizatoru yol boyu səpələnib. Hadisə nəticəsində sürücü və iki sərnişin ciddi yaralanıb.

Hadisə şahidlərinin APA-ya bildirdiyinə görə, BMW-də 3 nəfər olub və onların üçünü də təsadüfən yoldan keçən bir maşın xəstəxanaya çatdırıb.

“Opel” markalı taksi avtomobilində olan 5 şəxs xəsarət almayıb. “Opel”in sürücüsü Nazim Orucov bildirib ki, onun sərnişinləri xəsarət almayıblar. Onun dediyinə görə, BMW-nin sürəti təxminən 160 km/saat olub.

Hadisə yerinə yol patrul xidməti gəlib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR