Almaniya Bundestaqının deputatı: “Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarılmalıdır”

Almaniya Bundestaqının deputatı: “Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarılmalıdır”
# 04 aprel 2016 15:30 (UTC +04:00)

Bakı-APA. “Mən dərin təəssüf hissi ilə Azərbaycan və Ermənistan arasında hərbi zorakılığın artmasından çox narahatam. Avropa Şurasının üzvləri arasında hərbi münaqişənin aparılması təşkilat daxilində təməl prinsip olan qarşılıqlı əməkdaşlıq ruhuna ziddir”.

APA-nın məlumatına görə, bunu Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Aksel Fişerin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftənin şənbə günündən etibarən yaranan gərginliklə əlaqədar açıqlamasında bildirib. A. Fişer mövcud münaqişələrin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb: “Buna görə də mən hərbi qarşıdurmaların dərhal dayandırılmasına və atəşkəs razılaşmasına hörmətlə yanaşmağa çağırıram. Mən şəhid olmuş ailələrin dərdinə şərik çıxıram. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR