Bu ilin 9 ayında əsas kapitala 13 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin 9 ayında əsas kapitala 13 milyard manatdan çox vəsait yönəldilib
# 17 noyabr 2015 12:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 13087,1 mln. manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, istifadə olunmuş vəsaitin 8076,2 mln. manatı və ya 61,7%-i məhsul istehsalı obyektlərinin, 4150,8 mln. manatı (31,7%-i) xidmət sahələri üzrə obyektlərin, 860,1 mln. manatı (6,6%-i) isə

ümumi sahəsi 1491,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7484,6 mln. manatını və ya 57,2%-i daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 9760,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR