Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib

 Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib
# 21 aprel 2016 14:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­mətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qusar rayonunda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. SHXÇDX-dan APA-ya verilən məlumata görə, qəbulda 40-dək vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul, veteran adı alma, şəhid statusunun verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR