BANM-də Kamal Abdullayevlə görüş keçirilib

BANM-də Kamal Abdullayevlə görüş keçirilib
# 01 mart 2016 08:09 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü və onun elmi redaktoru olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov prezident İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etdiyini xatırladıb. Bunun dünyaya bir çağırış olduğunu deyən E. Qasımov ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb. Rektor rəhbərlik etdiyi Ali Məktəbin bu istiqamətdəki fəaliyyətindən danışıb.

K. Abdullayev multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışaraq Azərbaycan multikulturalizminin inkişaf perspektivlərindən söz açıb. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında söz açan dövlət müşaviri əsərdə klassik şair və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim olunduğunu deyib.

Dövlət müşaviri görüş iştirakçılarının, o cümlədən tələbələrin suallarını cavablandırıb və müəllifi olduğu, o cümlədən redaktorluğu ilə çıxan müxtəlif kitabları Ali Məktəbin kitabxanasına və tələbələrə hədiyyə edib.

E. Qasımov K. Abdullayevə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR