Türkiyə ordusu İŞİD-ə aid 4 hədəfi məhv edib

Türkiyə ordusu İŞİD-ə aid 4 hədəfi məhv edib
# 23 sentyabr 2016 22:20 (UTC +04:00)

Bakı-APA. Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Türkiyənin hərbi təyyarələri İŞİD-in Tall Atiyah və Əl Athariyah rayonundakı mövqelərinə zərbələr endiriblər.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR