"Expressbank"dan kadr axını davam edir

 "Expressbank"dan kadr axını davam edir
# 29 avqust 2016 08:55 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" ASC-dən kadr axını davam edir.

"APA-Economics" xəbər verir ki, bu ilin I yarısının yekunlarına əsasən, bankda çalışanların sayı 578 nəfər təşkil edir. Qeyd edək ki, I rübün sonuna bankda çalışanların sayı 614 nəfər olub. Beləliklə, ikinci rübdə bankın sıralarını 36 işçi tərk edib.

İlin əvvəlindən isə 76 nəfər "Expressbank"la yollarını ayırıb.

"Expressbank" ASC (ilk adı "Azərnəqliyyatbank" ASC) 1992-ci ilin dekabrın 30-da fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR