Hüquq firması “Azercell”i məhkəməyə verib

Hüquq firması “Azercell”i məhkəməyə verib
# 11 yanvar 2016 08:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Viza” Hüquq Firması “Azercell Telecom” MMC və “Sindibad” MMC-ni məhkəməyə verib.

APA-nın məlumatına görə, firmanın rəhbəri, vəkil Aslan İsmayılov iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək bildirib ki, firmanın istifadəsində olan mobil nömrə vasitəsi ilə 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayına kimi “digər istifadələr” adı altında 264 manat pul mənimsənilib. A. İsmayılov ərizəsində qeyd edib ki, “Azercell” abunəçilərin telefon nömrələrini “Sindibad” MMC-yə təqdim edir. Həmin şirkət isə abunəçiləri müxtəlif xidmətlərə qoşur ki, bu da abunəçilərin lazımsız yerə pul itirmələrinə səbəb olur. A. İsmayılov maddi və mənəvi zərərin ödənilməsi istəyib. Həmin iddia məhkəmə tərəfindən qismən təmin olunub. Lakin qərardaddan narazı qalan hüquq firması və “Azercell” MMC bir birlərinə qarşı qarşılıqlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Hüquq firması iddianın təmin edilməsini, “Azercell” isə ləğv edilməsi istəyir. Həmin şikayətə yanvarın 15-də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR