Tiflisdə "Cənubi Qafqazda medianın vəziyyəti" mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Tiflisdə "Cənubi Qafqazda medianın vəziyyəti" mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 29 sentyabr 2015 10:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Cənubi Qafqazda medianın vəziyyəti” mövzusunda 12-ci konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün başlanan tədbir rəqəmsal keçid mövzusuna həsr olunub. Tədbirdə Cənubi Qafqaz ölkələrinin KİV nümayəndələri, ekspertlər, beynəlxalq qurumların nümayəndələri, o cümlədən ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç iştirak edir.

D. Miyatoviç çıxışında ATƏT-in Vyana ofisinin təşkilatçılığı ilə keçirilən tədbirin bölgə jurnalistləri üçün aktual və əhəmiyyətli olduğunu bildirib: “Artıq 12-ci dəfədir ki, biz Tiflisdə jurnalistlər və ekspertlər üçün maraqlı olan rəqəmsal keçid mövzusunda konfrans keçiririk. Bu mövzu Cənubi Qafqaz ölkələrinin jurnalistləri və ekspertləri üçün həmişə aktual və maraqlıdır. Mən bu cür konfransda altıncı dəfədir ki, iştirak edirəm. ATƏT-in ofisinin bu mövzuda təşkil etdiyi tədbir rəqəmsal keçidin son müzakirəsinin yekunudur və bu, üç ölkənin media nümayəndələrinin və mütəxəssislərinin həyatında vacib rol oynayacaq. Rəqəmsal keçid yeni ənənədir. Biz informasiya əsrində yaşayır və yaşımızdan asılı olmayaraq rəqəmsal texnologiyalardan istifadə edirik. Hesab edirik ki, rəqəmsal keçid texnologiyası insanlar arasında körpü yaradır, bizi birləşdirir və əlaqələrin əsasını qoyur. Biz bu tədbirdə rəqəmsal keçid sahəsində əldə olunan təcrübələrin mübadiləsini həyata keçirəcək və plüralizm məsələlərini müzakirə edəcəyik”.

Sonra Gürcüstan xarici işlər nazirinin müavini Xatuna Tortladze, ATƏT-in Gürcüstanda KİV azadlığı məsələləri üzrə baş məsləhətçi Juan Barata Mir və başqaları tədbir iştirakçılarını salamlayıblar.

Konfransda Azərbaycanı Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov, media ekspertləri və KİV nümayəndələri təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR