Əfqanıstanın paytaxtı raket atəşinə tutulub

Əfqanıstanın paytaxtı raket atəşinə tutulub
# 21 dekabr 2015 19:33 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabil raket atəşinə tutulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən ikisi ABŞ və İspaniya səfirliyinin ərazisinə, üçüncüsü isə şəhərin mərkəzinə düşüb.

Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 21-də Baqram şəhərində, NATO bazası yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ABŞ-Əfqanıstan müştərək patrulunun 5 əsgəri həlak olub, 6-sı yaralanıb. Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR