“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması 4,8 milyon manata başa gələcək

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması 4,8 milyon manata başa gələcək
# 26 noyabr 2015 07:31 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov deyib.

Artıq bütün rayonlarda bu sistemin yaradılması ilə bağlı işlərin görüldüyünü deyən R. Novruzov bildirib ki, bu informasiya sistemində hər bir rayon üzrə fermerlərin illər üzrə istehsal etdiyi məhsulların növləri, həcmi bir sözlə bütün lazımı məlumatlar toplanacaq.

“Bu da maliyyə təşkilatlarının lazımı məlumatlarla tanış olmasına imkan yaradacaq. Nəticədə maliyyə təşkilatları kənd təsərrüfatı sahəsini sığortalamaqda maraqlı olacaqlar”, - deyə R. Novruzov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR