ABŞ-ın müdafiə naziri terrorçuluğa qarşı İslam koalisiyasının yaradılmasını dəstəkləyib

ABŞ-ın müdafiə naziri terrorçuluğa qarşı İslam koalisiyasının yaradılmasını dəstəkləyib
# 15 dekabr 2015 15:39 (UTC +04:00)

Bakı – APA. Terrorçuluğa qarşı İslam koalisiyasının yaradılması ABŞ-ın sünni ölkələrini İŞİD-lə daha fəal mübariz aparmağa səsləməsi ilə üst-üstə düşür.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyədəki İncirlik hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib. “Bu, ümumilikdə bizim son vaxtlar sünni ölkələrinə ünvanlanan çağırışlarımıza uyğundur”, - deyə o, söyləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 müsəlman ölkəsi terrora qarşı koalisiya formalaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR