Neftçalada özünü yandıran məktəb direktorunun müavini ölüb - YENİLƏNİB

Neftçalada özünü yandıran məktəb direktorunun müavini ölüb - <span style="color: red;">YENİLƏNİB
# 07 yanvar 2016 15:19 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda özünü yandıran orta məktəb direktorunun müavini Alik Novruzov xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, A. Novruzov ağır yanıq xəsarətləri aldığından həkimlər onu xilas edə bilməyiblər.

***

saat 12.54


Bakı. Hafiz Heydərov - APA. Neftçala sakini özünü yandırıb.

Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR