“Rabitəbank” “Zolotaya Korona” pul köçürmələri sisteminə qoşulur

“Rabitəbank” “Zolotaya Korona” pul köçürmələri sisteminə qoşulur
# 22 dekabr 2015 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC “Zolotaya Korona”pul köçürmələri xidmətinə qoşulur.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Zolotaya Korona” xidmət sisteminin

yeni məntəqələri artıq Azərbaycanın 14 regionunda açılıb.

1993-cü ildə təsis edilmiş “Rabitəbank” ASC, hazırda universal maliyyə institutudur və respublikanın iri bankları arasında öz mövqeyini tutmaqdadır. Bankın filial şəbəkəsi ölkənin demək olar ki, bütün regionlarında 24 xidmət ofisindən ibarət olmaqla Bakı, Sumqayıt, Xırdalan, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Şirvan, Ağsu, Masallı və Ağcabədidə yerləşir.

“Rabitəbank”ın müştəriləri sərfəli tariflə 1%-dən (əməliyyatın məbləğ və

istiqamətindən asılı olaraq) başlayaraq “Zolotaya Korona” ilə pul köçürmələrini

MDB ölkələrinə və uzaq xaricə həyata keçirmək imkanını əldə ediblər. Bundan

başqa, bankda xüsusi təklif - “0% tarifi” qüvvədədir: xidmət məzənnəsi üzrə valyuta köçürməsinin konvertasiya ilə göndərilməsi zamanı xidmətə görə komissiya mövcud deyil. Köçürmələr ani, ünvansızdır, hesab açılmadan göndərilir.

“Rabitəbank ənənəvi olaraq kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb, lakin universal kredit müəssisəsi kimi bankın strategiyası biznesin pərakəndə istiqamətinin hərtərəfli inkişafını da nəzərdə tutur.

“Rabitəbank artıq 22 ildir ki, Azərbaycanın maliyyə bazarında uğurla fəaliyyət göstərməkdədir. Bank aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın ən şəffaf 5 bankı sırasına daxil edilən, etibarlı və dinamik inkişaf edən maliyyə institutu kimi böyük nüfuza malikdir. “Rabitəbank” ASC- hüquqi və fiziki şəxslər, xüsusi sahibkarlar üçün geniş spektrli bank xidmətləri təqdim edən universal bankdır. Hal-hazırda “Rabitəbank”ın müştəriləri ticarət, istehsal, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya sahələrində və iqtisadiyyatın digər sahələrində işləyən müəssisələrdir.

Bank SWIFT banklararası ödəniş sisteminin, “Visa International” beynəlxalq ödəniş

sisteminin, eləcə də Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Bankları Assosiasiyasının, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır. Daha

ətraflı məlumat üçün www.rabitabank.com daxil olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR