Şəkidə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Şəkidə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
# 05 yanvar 2016 15:50 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Şəkidə mikroavtobus qəzaya uğrayıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün Baş Göynük-Şəki avtomobil yolunda qeydə alınıb. “Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb. Nəticədə mikroavtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralılardan 1972-ci il təvəllüdlü Mehman Vahid oğlu Əliyev xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar – 1966-cı il təvəllüdlü Mahirə Zahir qızı Oqurxanova və onun azyaşlı övladı, 2007-ci il təvəllüdlü Valentina xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Elmira Cəlal qızı Abdulkərimova xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanların hamısı Baş Göynük kənd sakinləridir. Qəzaya düşən mikroavtobus isə rayon mərkəzindən Baş Göynük kəndinə sərnişin daşıyırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR