Ağdam sakini özünü yandırıb

Ağdam sakini özünü yandırıb
# 20 iyul 2016 09:52 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayon sakini özünü yandırıb. Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlü Əhmədov Hümbət Saleh oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ətrafda olan şəxslər alovu söndürərək H. Əhmədovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan H. Əhmədova ilkin yardım göstərildiyi bildirilib.

Yaxınları APA-ya H. Əhmədovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olduğunu deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR