Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı: NATO-nun siyasəti yeni münaqişələrə səbəb ola bilər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı: NATO-nun siyasəti yeni münaqişələrə səbəb ola bilər
# 14 dekabr 2015 10:06 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyada akkreditə olunmuş xarici hərbi attaşeləri üçün keçirilən brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov deyib.

Onun sözlərinə görə, hazırda dünyadakı vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin artması ilə səciyyələnir, bu isə beynəlxalq terrorçuluq və radikal ekstremizmin miqyasının genişləndirilməsi ilə bağlıdır.

NATO-nun Rusiyaya münasibətdə yürütdüyü qeyri-dost hərbi siyasətinin narahatlıq doğurduğunu deyən V. Gerasimov qeyd edib ki, silahlı mübarizə üçün yeni vasitələrin hazırlanması və RƏM sisteminin genişləndirilməsi mövcud strateji qüvvələr balansını pozur.

“Təəssüf ki, dünyada mövcud münaqişələrin sayı azalmaq əvəzində artır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR