Azərbaycanda Yeni il tətili başlayır

Azərbaycanda Yeni il tətili başlayır
# 30 dekabr 2015 08:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

APA-nın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

2016-cı il 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR