Sabah hava yağmurluq olacaq, bəzi yerlərdə qar yağacaq

Sabah hava yağmurluq olacaq, bəzi yerlərdə qar yağacaq
# 14 mart 2016 09:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Martın 15-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 15-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR