Azərbaycan voleybolçuları Avropa Çempiponatı ilə vidalaşıb

Azərbaycan voleybolçuları Avropa Çempiponatı ilə vidalaşıb
# 28 sentyabr 2015 20:45 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, III turun qarşılaşmaları pley-off mərhələsinin iştirakçılarının tam siyahısına aydınlıq gətirəcək.

Belçikanın Antverpen şəhərində, B qrupunda çıxış edən Azərbaycan millisi qrupdakı son oyununda Macarıstanla üz-üzə gəlib. İlk iki turda quru hesabla uduzan autsayderlərin matçı pley-offa vəsiqənin sahibini müəyyənləşdirib.

Həm Belçika, həm də Türkiyə ilə qarşılaşmalarda set qazanmağı bacarmayan komandamız medallar uğrunda mübarizədən qopmamaq üçün mütləq qalib gəlməli idi.

Ancaq voleybol millimiz bu dəfə azarkeşlərini sevindirə bilməyib. Yığma komandamız ilk iki görüşdə olduğu kimi bu dəfə məğlub olub - 1:3.

Bu nəticədən sonra Azərbaycan millisi Avropa Çempiponatı ilə vidalaşmalı olub.

Avropa çempionatı, final mərhələsi

B qrupu, III tur

28 sentyabr

Azərbaycan – Macarıstan - 1:3 (16:25, 28:26, 22:25, 16:25)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR